İyun 27, 2016 16:24 Asia/Baku
  • Türkiyə-Misir əlaqələri gərgin olaraq qalır
    Türkiyə-Misir əlaqələri gərgin olaraq qalır

Misir XİN başçısı deyib: Türkiyə Misir ilə əlaqələrin yaxşılaşdırılmasını istəmir.

İSNA-nın verdiyi məlumata görə bu barədə Misirdə çıxan Əl-Yəum Əssabe qəzeti yazıb. Məlumata görə Misir XİN başçısı Sameh Şükri mediya mənsubları ilə iftar mərasimində etdiyi çıxışında deyib: Terkiyə rəsmilərinin bəyanatları müsbət qiymətləndirilir amma eyni zamanda onların Misir ilə yazşı əlaqələr qurmaq niyyətində olmadıqlarını göstərir.

Şükri Qəzzə zolağındakı durum barədə isə sadəcə fələstinlilərin təhlükəsiz şəraitdə öz həyatlarını davam etdirə biləcəklərinə ümid bəslədiyini dilə gətirib.

Türkiyə ilə Misir arasında əlaqələr 2013 ilində eks prezident Məhəmməd Morsi hökumətinə qarşı dövlət çevrilişindən sonra gərginləşdi.

Teqlər