Türkiyə Rusiya ilə əlaqələrini adiləşdirməyə çalışır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i223138-türkiyə_rusiya_ilə_əlaqələrini_adiləşdirməyə_çalışır
Türkiyə baş nazir müavini Rusiya ilə əlaqələrin adiləşdirilməsi üzrə səylərin sürətləndirilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2016 14:47 Asia/Baku
  • Türkiyə Rusiya ilə əlaqələrini adiləşdirməyə çalışır
    Türkiyə Rusiya ilə əlaqələrini adiləşdirməyə çalışır

Türkiyə baş nazir müavini Rusiya ilə əlaqələrin adiləşdirilməsi üzrə səylərin sürətləndirilməsindən xəbər verib.

Röyters-in verdiyi məlumata görə, Nüman Kurtulmuş bazar ertəsi günü Ankarada bir mətbuat konfransında Rusiyanın türkiyəli iş adamlarının bu ölkədə fəaliyyət göstərmələri ilə razılaşmasını müsbət qarşılayıb.

Türkiyənin ötən ilin noyabrında Rusiyanın bir ədəd qırıcı təyyarəsini Suriya ilə sərhəd məntəqədə vurmasının ardınca Ankara-Moskva əlaqələri gərginləşib.

Türkiyənin Rusiya ilə əlaqələrini adiləşdirməsi üzrə səyləri, Ankara ilə Təl-Əviv arasında əlaqələrin adiləşdirilməsi ilə bir vaxta təsadüf edir.

Belə ki, Türkiyə və İsrail nümayəndə heyətləri Romada əlaqələrin adiləşdirilməsi üzrə bir anlaşma sənədi imzalayıblar.

Bu barədə bu gün rəsmi açıqlamanın verilməsi gözlənilir.

Türkiyə 2010-cu ildə İsrail komandoslarının Qəzzəyə humanitar yardım aparan Marmara gəmisinə hücumu zamanı 10 Türkiyə vətəndaşının ölməsinin ardınca İsrail ilə əlaqələrini kəsmişdi.