Bağdad terror aktı qurbanlarının ailələri aksiya keçirdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i223984-bağdad_terror_aktı_qurbanlarının_ailələri_aksiya_keçirdi
Bağdadda törədilən terror aktında ölən və yaralananların yaxınları və ailə üzvləri bazar günü Bağdadda aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2016 06:48 Asia/Baku
  • Bağdad terror aktı qurbanlarının ailələri aksiya keçirdi
    Bağdad terror aktı qurbanlarının ailələri aksiya keçirdi

Bağdadda törədilən terror aktında ölən və yaralananların yaxınları və ailə üzvləri bazar günü Bağdadda aksiya keçiriblər.

Bağdadın Kəradə məntəqəsində törədilən terror aktı qurbanlarının ailələri bu terror aktı amillərinin üzə çıxarılması və cəzalandırılması üçün dərhal dövlət tərəfindən araşdırmaların aparılmasını istəyiblər.

Digər tərəfdən, İraq Nəcibləri Hərəkatının baş katibi Əkrəm Kəbi də bazar günü bir bəyanat yayaraq, İŞİD terrorçularına xitabən deyib: İraq və dünyanın hansı nöqtəsində olmanıza baxmayaraq, sizi təqib və məhv edəcəyik.