Suriya ordusu Hələbin şimal ətrafındakı bəzi binaları azad edib
-
Suriya ordusu Hələbin şimal ətrafındakı bəzi binaları azad edib
Suriya ordusu Hələbin şimal ətrafındakı bəzi binaları azad edib və Əl-Nüsrə Cəbhəsi terror qruplaşmasına və onun tabeliyində olan qruplara xəsarətlər vurub.
Əlaləm telekanalının məlumatına görə, Suriya ordusu Əl-Nüsrə Cəbhəsi terror qrupunun tabeliyində olan silahlı dəstələrlə şiddətli döyüşlərdən sonra Hələbin şimal ətrafındakı bəzi binaları öz ixtiyarına alıb.
Əlaləm telekanalının Suriyadakı müxbiri bir reportajda Suriya ordusunun Hələbin şimalındakı Lirmun məntəqəsi istiqamətindəki əməliyyatının davam etməsinə toxunaraq, bildirib ki, ordu bu məntəqədəki bir neçə binanı öz nəzarəti altına alıb.
Suriya xalq komitələri qüvvələrindən biri deyib: Ordu və xalq komitələri qüvvələri öz irəliləyişlərinin davamında bir neçə binanı azad ediblər.
Reportajda belə əlavə olunur: Suriya ordusunun Lirmun məntəqəsi istiqamətindəki irəliləyişi silahlı qrupların reaksiyalarına səbəb olub və onlar Əbuməaz Əlcəzravinin sürdüyü bomba qoyulmuş avtomobili Əlşubəyb binasına doğru istiqamətləndirmək istəyərkən Suriya ordusu bu avtomobili hədəfə çatmazdan öncə partladıb.
Lirmunda yerləşən Suriya ordusu qüvvələrindən biri deyib: Biz bu məntəqədə yerləşərək, silahlı ünsürlərin irəliləməsi və onların bomba qoyulmuş avtomobillərinin göndərilməsinin qarşısını alır və onları hədəfə çatmazdan öncə məhv edirik.
Reportajın davamında deyilir: Hələbin şimal ətrafında yerləşən Suriya ordusunun atəş himayə bölmələri də silahlı ünsürlərə kömək xətlərini hədəfə alıblar və bu hərəkətlə ordunun quru qoşunlarının irəliləyişinə zəmin yaradıblar.
Suriya ordusunun Hələbin şimal ətrafında yerləşən Məlah və Lirmun məntəqələri istiqamətindəki irəliləyişinin davam etməsilə döyüşlərin şiddəti artır. Bu səbəbdən, silahlı qruplar bu irəliləyişlərin qarşısını almaq üçün əllərindən gələni edir və çalışırlar ki, itirdikləri məntəqələri yenidən geri alsınlar.