İyul 07, 2016 14:20 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

Heydər əl-İbadi İŞİD terror qruplaşması üzvlərinin izlənilməsi və məhv edilməsi üzrə səylərin davam etdirilməsini vurğulayıb.

İraqın baş naziri və İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər əl-İbadi yaralı hərbçilər və könüllü xalq qüvvələri ilə görüşdə deyib: İraqlı qüvvələr Mosulda İŞİD-çilərin təqib edilməsi əməliyyatını terrorçuların tam şəkildə məhv ediləcəyi zamana kimi davam etdirəcəklər.

İraq 2014-cü ilin iyun ayından bəri ölkə ərazisinin bir çox hissəsinin terrorçular tərəfindən ələ keçirilməsi böhranı ilə üz-üzədir.

Ötən bir neçə ayda iraqlı qüvvələr bir neçə mühüm şəhəri o cümlədən əl-Ənbar əyalətinin mərkəzi olan Rəmadi şəhərini və Səlahəddin əyalətinin mərkəzi olan Tikrit şəhərini İŞİD-in işğalından azad ediblər.

Teqlər