Əfqanıstanın Hilmənd vilayətində Səngin rayonunun süqutu rədd olunub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i226042-Əfqanıstanın_hilmənd_vilayətində_səngin_rayonunun_süqutu_rədd_olunub
Əfqanıstanın Hilmənd vilayətinin valisi taliblərin bu vilayətdə yerləşən Səngin rayonunun süqut etməsi haqdakı iddiasını rədd edərək, bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatında taliblərdən 25 nəfər ölüb, bir qrupu da yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 19, 2016 12:00 Asia/Baku
  • Əfqanıstanın Hilmənd vilayətində Səngin rayonunun süqutu rədd olunub
    Əfqanıstanın Hilmənd vilayətində Səngin rayonunun süqutu rədd olunub

Əfqanıstanın Hilmənd vilayətinin valisi taliblərin bu vilayətdə yerləşən Səngin rayonunun süqut etməsi haqdakı iddiasını rədd edərək, bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələrinin əməliyyatında taliblərdən 25 nəfər ölüb, bir qrupu da yaralanıbdır.

Hilmənd valisi taliblərin bu vilayətdə yerləşən Səngin rayonunun süqut etməsi haqdakı iddiasını rədd edib. 

Daxil olan məlumata görə, Hilmənd valisi bir bülleten yayaraq, bildirib ki, Taliban qrupu ən yeni əməliyyatda ağır tələfata məruz qalıb. Bu bülletendə deyilir ki, Əfqanıstanın təhlükəsizlik qüvvələrinin əməliyyatında hava qüvvələrinin dəstəyilə 25 talib ölüb, bir qrupu da yaralanıbdır. 

Bu məlumata görə, Taliban vaxtaşırı Hilmənd vilayətinin Gərşək, Səngin və Marcə şəhərlərində hücumlar təşkil edir, amma Hilməndin təhlükəsizlik rəsmiləri deyirlər ki, bu hücumlar yatırılıbdır.