Bəhreyn vətəndaşları repressiv Ali-Xəlifə rejimi əleyhinə aksiya keçirib
İyul 31, 2016 17:39 Asia/Baku
Bəhreyn vətəndaşları Ali-Xəlifə rejiminin bu ölkə şiələrinə qarşı zalım hərəkətlərinə etiraz olaraq aksiya keçirib.
Əl-Əhd xəbər portalının məlumatına görə, minlərlə bəhreynli etirazçı şənbə günü Manamanın əl-Diraz bölgəsində Ali-Xəlifə rejiminin bu ölkə şiələrinə qarşı təzyiq tətbiq etməsi və İmam Sadiq (ə) məscidində cümə və camaat namazlarının qılınmasına mane olmasın etiraz olaraq aksiya keçirib.
Bəhreyn 2011-ci ildən ictimai etirazların şahididir. Ötən ayın ortalarında bu ölkənin nüfuzlu ruhanisi Şeyx İsa Qasimin vətəndaşlığının ləğv olunması etirazların artması ilə nəticələnib.