Avq 03, 2016 17:12 Asia/Baku
  • Məhdudiyyətlərə rəğmən, bəhreynli mübarizin dəfn mərasimi keçirilib
    Məhdudiyyətlərə rəğmən, bəhreynli mübarizin dəfn mərasimi keçirilib

Bir bəhreynli mübarizin dəfn mərasiminin iştirakçıları Ali-Xəlifə rejiminin məhbəslərində siyasi məhbusların hüquqlarının pozulması və onların işgəncə edilmələrini pisləyiblər.

Ali-Xəlifə rejiminin xəfiyyə aparatı tərəfindən tətbiq olunmuş məhdudiyyətlərə rəğmən, minlərlə bəhreynli dünən axşam son zamanlar bu rejim məmurlarının işgəncələri altında vəfat etmiş bəhreynli mübariz Həsən Əlhaikinin dəfn mərasimində iştirak edib.

Mərasim iştirakçıları əllərində bu mübarizin təsvirlərini daşıyaraq, Bəhreyn məhbəslərində məhbusların hüquqlarının pozulması və onların işgəncə edilmələrini beynəlxalq qanunlara zidd biliblər.

Bəhreynlilər habelə Bəhreyndə cinayət amilləri və bununla bağlı olan məsul şəxslərin mühakimə və qisas olunmalarını tələb ediblər.

Hazırda Ali-Xəlifə rejiminin məhbəslərində yüzlərlə siyasi məhbus pis şəraitdə həbsdə saxlanır.

Teqlər