Avq 05, 2016 20:13 Asia/Baku
  • Suriya ordusunda yüksək əhval-ruhiyyə müşahidə olunur
    Suriya ordusunda yüksək əhval-ruhiyyə müşahidə olunur

Terrorçular Hələbin şərqindəki ünsürlərini xilas etmək üçün bu əraziləri minaatanlarla atəşə tuturlar. Terrorçular etdikləri bu vəhşicəsinə hücumlarda onlarla uşaq, qadın və kişini şəhid edib və ya yaralayıblar.

Suriyalılar deyirlər ki, Hələbdə terrorçuların uğursuz olmaları ilə, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə ilə birlikdə İordaniya sərhədi ilə cənub cəbhəsini aktivləşdirmək ardıncadırlar. Suriya ordusu və müttəfiqlər yüksək əhval-ruhiyyə ilə terrorçuları məğlub etməkdə qətiyyətlidirlər.

İRİB müxbiri bildirir ki, ay da bizimlə birlikdə tamaşaya gəlmişdi. Cəbhələrə gedən kor yollarda. Ya Qaimi Ali Məhəmməd tablosuna çatdığımızda, vəziyyətimiz yaxşılaşdı. Çünki Nubul və Əz-Zəhra şəhərlərinin ətrafındakı müqavimət qüvvələrinin məkanlarına yaxınlaşmışdıq. Düz elə bir zamanda çatdıq ki, döyüşçülər öz postlarına getmək üçün hazırlaşmışdılar. Amma döyüşçülər bu gecə yüksək əhval-ruhiyyədə idilər.

Suriya ordusunun hərbçisi deyib: Bu dualar daha çox təvəkkül etmək və qətiyyətli iradə ilə düşmənlərlə cihadda addım atmağımıza kömək edir.

İRİB müxbiri əlavə edib: Bunlar, öz torpaq və müqəddəslərini qorumaq üçün transmilli təkfirçilərlə mübarizəyə gələn kişilərdir.

Başqa bir suriyalı hərbçi isə bunları deyir: İŞİD-ə və digər təkfirçilərə deyirik ki, Allaha and olsun, onların son adamını məhv etmədikcə, cihad və müqavimətdən əl çəkməyəcəyik.

Müxbir sonda bildirir ki, müqavimət döyüşçüləri düşmən qarşısındakı bir çox gecələri elə bu ab-havada keçir.

Teqlər