Hizbullahın uçan pilotsuz aparatları Suriyada terrorçuların mövqelərinə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229174-hizbullahın_uçan_pilotsuz_aparatları_suriyada_terrorçuların_mövqelərinə_hücum_edib
Livan Hizbullahının uçan pilotsuz aparatları Suriyanın şimalında yerləşən Hələb şəhərinin cənubunda terror qruplaşmalarının mövqelərini hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2016 07:43 Asia/Baku
  • Hizbullahın uçan pilotsuz aparatları Suriyada terrorçuların mövqelərinə hücum edib
    Hizbullahın uçan pilotsuz aparatları Suriyada terrorçuların mövqelərinə hücum edib

Livan Hizbullahının uçan pilotsuz aparatları Suriyanın şimalında yerləşən Hələb şəhərinin cənubunda terror qruplaşmalarının mövqelərini hədəfə alıblar.

İRİB-in məlumatına görə, Livan Hizbullahının uçan pilotsuz aparatları Hələbin cənub ətrafında yerləşən Xəlsə kəndində terrorçuların mövqelərini hədəfə alaraq məhv ediblər. 

Hizbullah bundan öncə Livanın Ərsal məntəqəsində əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının mövqelərini atəşə tutmaq üçün bu vasitələrdən istifadə etmişdi. 

Qeyd edək ki, Xəlsə kəndi iyul ayında silahlı müxaliflərin Təl əl-İs və Xan Tumana nəzarəti ələ keçirməsindən sonra Ceyşül-Fəth terror qruplaşmasının işğalına düşüb. 

Hizbullah qüvvələri Rusiya qırıcı təyyarələrinin dəstəyi ilə ötən bir ildə terrorçularla savaşda Suriya ordusunun uğur qazanmasında əsaslı rolu oynayıblar.