Suriya ordusu Hələbin cənubunda terrorçuların sursat yolunu kəsibdir
-
Suriya ordusu Hələbin cənubunda terrorçuların sursat yolunu kəsibdir
Suriya ordusu və onun müttəfiqləri Hələbin cənubunda yerləşən 1070 mənzilli bir yaşayış massivində terror qruplarının sursat yolunu kəsiblər.
Əlaləm telkanalının məlumatına görə, Suriya ordusu və onun müttəfiqləri Hələb şəhərinin cənub-qərbində yerləşən Avia Texniki Məktəbinin yaxınlığındakı 135-ci qoşuna tərəf istiqamətlənən Əlhəmdaniyyə şose yolunu öz nəzarətlərinə alıblar. Onlar silahlı qrupların 1070 mənzilli yaşayış massivindəki sursat xəttini kəsə biliblər. Suriya ordusunun bu irəliləyişi ilə bir zamanda hərbi məktəblər məntəqəsində terrorçuların mövqelərinə qarşı geniş əməliyyat başlanıb.
Hələbdə yerləşən əmin-aman yaşayış massivlərindəki dağıntı silahlı qrupların məğlubiyyəti və ağır tələfatının şiddətini göstərir ki, öz hirslərini mülkilərin üzərinə töküb və bu məntəqələrə onlarla mərmi və raket atıblar ki, bu da Əlhəmidiyyə və Səlahəddin məntəqələrində 12 mülkinin şəhid olması ilə nəticələnib.
Dəməşqin qərb ətrafı da Suriya ordusunun və onun müttəfiqlərinin yeni qələbələrinin şahidi olmuş digər məntəqələrdən biri olub və bu qüvvələr öz mövqelərini Darya şəhərində yerləşən Şəhid Nurəddin Universiteti məntəqəsinin ətrafındakı bir neçə yaşayış massivində təsbit edə və nəzarət etdikləri məntəqələri genişləndirə biliblər. Onlar özlərini bu şəhərin dəmiryolu stansiyasına yaxınlaşdıra biliblər.
Suriyanın hava qüvvələri də hələ Diyrəlzur şəhərinin səmasını tərk etməyiblər və terrorçuların hava limanın ətrafı və Əlməriyyə məntəqəsindəki mövqelərini hədəfə almağı davam etdirirlər. Suriya ordusunun qırıcıları bu məntəqələrdə terrorçulara böyük xəsarətlər vurublar. Dünən də silahlı qruplar bu şəhərdə ordunun mövqelərinə qarşı uğursuz hücum keçiriblər ki, onun ardınca bir qrup terrorçu ölüb və yaralanıb.