Rəmadinin şərqində terrorçuların 4km uzunluğund məxfi tuneli aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i230926-rəmadinin_şərqində_terrorçuların_4km_uzunluğund_məxfi_tuneli_aşkar_edilib
İraqın könüllü xalq qüvələri Rəmadi şəhərinin şərqində terrorçular tərəfindən qazılmış uzunluğu 4km olan bir tuneli aşkar ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2016 15:53 Asia/Baku
  • Rəmadinin şərqində terrorçuların 4km uzunluğund məxfi tuneli aşkar edilib
    Rəmadinin şərqində terrorçuların 4km uzunluğund məxfi tuneli aşkar edilib

İraqın könüllü xalq qüvələri Rəmadi şəhərinin şərqində terrorçular tərəfindən qazılmış uzunluğu 4km olan bir tuneli aşkar ediblər.

Əl-Məyadin telekanalının verdiyi məlumata görə, könüllü xalq qüvvələri Rəmadinin şərqində yerləşən Xalidiyə məntəqəsinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı uzunluğu 4km olan bir tunel aşkar ediblər.

Bu tunel İŞİD terrorçularının Rəmadi şəhərinin müxtəlif məntəqələrinə yer dəyişməsi üçün nəzərdə tutulubmuş.

Əl-Məyadin həmçinin bildirir: Bu tunel İŞİD-in Xalidiyə məntəqəsinə tədarükat çatdırmaq üçün istifadə etdiyi tunellərdən biridir. Bu tunelin aşkar edilməsi ilə İŞİD artıq Xalidiyə uğrunda gedən savaşlarda ondan istifadə edə bilməyəcək.

İŞİD artıq Xalidiyə uğrunda gedən döyüşlərdə üstünlüyünü itirib. Bu məntəqənin təhlükəsizliyinin təmin edilməsi Əl-Ənbar əyalətinin təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayır.