Türkiyədə etirazçılar "Qatil Bayden, evinə qayıt!" şüarı veriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i231181-türkiyədə_etirazçılar_qatil_bayden_evinə_qayıt!_şüarı_veriblər
Türkiyə xalqından onlarla nəfər ABŞ-ın vitse-prezidentinin bu ölkəyə səfərilə bir zamanda Ankaranın mərkəzində aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2016 05:40 Asia/Baku
  • Türkiyədə etirazçılar
    Türkiyədə etirazçılar "Qatil Bayden, evinə qayıt!" şüarı veriblər

Türkiyə xalqından onlarla nəfər ABŞ-ın vitse-prezidentinin bu ölkəyə səfərilə bir zamanda Ankaranın mərkəzində aksiya keçirib.

APTN-in məlumatına görə, Türkiyə Xalq Qurtuluş Partiyasının üzvləri Ankarada anti-Amerika aksiyası təşkil edərək, Vaşinqtonun beynəlxalq siyasətlərinə və ABŞ-ın vitse-prezidenti Co Baydenin bu ölkəyə səfərinə etiraz edib.

Bu məlumata görə, etirazçılar əllərində üzərlərində "Yanki, evinə qayıt!", ""Co Bayden, amerikan imperializmin nümayəndəsi, bəşəriyyətin ən böyük düşməni, ölkəmizi tərk et!" şüarları yazılmış plakatlar gəzdiriblər. Etirazçılar habelə uca səslə deyirdilər: "Qatil Bayden, ölkəmizdən çıx, get!" 

Özünü Türkiyə Xalq Qurtuluş Partiyasının Ankaradakı üzvü kimi təqdim edən 52 yaşlı Siİt Karen belə fəryad edirdi: Qatil Amerika, qatil Bayden, ölkəmizdən çıx, get!" və "İmperializmə ölüm!", "Yaşasın, xalq qardaşlığı!"

Etirazçılar habelə bunları fəryad edirdilər: "Amerika dövləti xalqa cavab veməlidir!". Etirazçıların əllərində həmçinin üzərində "Nə Amerika, nə Avropa; biz tamamilə müstəqil bir Türkiyə istəyirik!" şüarı yazılmış plakatlar nəzərə çarpırdı.

Türkiyə Xalq Qurtuluş Partiyasının Ankaradakı 38 yaşlı katibi Doğan Erkan deyib: "Ədalət və İnkişaf Partiyası nə deyir? Onlar deyiblər: Bəli. Amerika və CIA çevriliş amilidirlər. Belə olan halda, nə üçün siz Amerikadan belə bir mühüm şəxsiyyəti qəbul edirsiz?"