İraqın Əlqəyyarə şəhəri tamamilə İŞİD-in işğalından çıxarılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i231229-İraqın_Əlqəyyarə_şəhəri_tamamilə_İŞİd_in_işğalından_çıxarılıb
İraqın baş naziri bu ölkənin Neynəva vilayətində yerləşən Əlqəyyarə şəhərinin tamamilə İŞİD-in işğalından çıxarılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 25, 2016 15:55 Asia/Baku
  • Heydər Əlibadi
    Heydər Əlibadi

İraqın baş naziri bu ölkənin Neynəva vilayətində yerləşən Əlqəyyarə şəhərinin tamamilə İŞİD-in işğalından çıxarılmasından xəbər verib.

Əlsuməriyyə-nin məlumatına görə, İraqın baş naziri və bu ölkənin siahlı qüvvələrinin baş komandanı Heydər Əlibadi bu gün bir bəyanatda Əlqəyyarə şəhərinin  tamamilə İŞİD-in işğalından azad edilməsini təbrik edərək, bildirib ki, Əlqəyyarənin azad edilməsi Mosulun və Neynəva vilayətinin İŞİD-in işğalından azad edilməsi yolunda ən mühüm addımdır.

Heydər Əlibadi əlavə edib: Əlqəyyarə şəhərinin azad edilməsi əməliyyatında bütün təbəqə və qurumlardan olan qüvvələr iştirak ediblər.

Əlqəyyarədə yerli rəsmilərdən olan Saleh Əlcəburi də bu gün bildirib ki, iraqlı qüvvələr tamamilə Əlqəyyarə məntəqəsinə nəzarət edirlər.

Həmçinin İraqın baş naziri Heydər Əlibadi və İraq Müttəfiqlər Koalisiyasının sədri Usamə Əlnəcifi bu gün bir-birilə görüşərək, Mosulun İŞİD-in işğalından tamamilə azad edilməsi üçün İraqın ordusu və xalq qüvvələrinin əməliyyatlarının davam etdirilməsini vurğulayıblar.

İraqın ordusu və xalq qüvvələri Mosulun azad edilməsi əməliyyatı zamanı indiyədək bu məntəqədə bir neçə kəndi İŞİD-in işğalından azad ediblər.