Suriyada savaş / Ordu Hələbə doğru irəliləyir
-
Suriyada savaş / Ordu Hələbə doğru irəliləyir
Suriya ordusu və müttəfiq qüvvələr Hələbin cənubunda həyata keçirdiyi anti-terror əməliyyatları zamanı bir sıra məntəqələrə nəzarəti ələ keçirib.
İRNA-nın məlumatına görə, Suriya ordusu dünən Hələbin cənubunda terrorçulara qarşı əməliyyatları zamanı terrorçulara Xan Tuman və İdlib istiqamətindən yardımların çatdırılması üçün istifadə edilən yolu bağlayıb.
Ordu qüvvələri həmçinin, Hələbin cənubunda hərbi məktəb istiqamətində geniş əməliyyatlar həyata keçirərək, bu məktəbi terrorçuların işğalından azad ediblər. Bu əməliyyat zamanı onlarla terrorçu ölüb və yaralanıb.
Suriya ordusu hərbi hava qüvvələri də Homs şəhərinin Vair məntəqəsində terrorçuların mövqelərinə aviazərbələr endirib. Bu hücumlar zamanı bir qrup terrorçunun məhv edildiyi bildirilir.
Suriya qırıcıları həmçinin, Livan ilə sərhəd məntəqədə yerləşən Cəracir yüksəkliklərində terrorçuların mövqelərini bombalayıblar.
Digər tərəfdən terrorçular Homs və Həmada yaşayış məntəqələrinə raket zərbələri endiriblr. Bu da biri qadın olmaqla 3 nəfərin ölümünə və bir sıra dağıntılara yol açıb.