İraq ordusu Əlqiyarədə / Xalq ordunu sevinclə qarşıladı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i231902-İraq_ordusu_Əlqiyarədə_xalq_ordunu_sevinclə_qarşıladı
Əlqiyarə məntəqəsinin İŞİD terrorçularından azad edilməsindən sonra İraq ordusu o cümlədən anti-terror qüvvələri məntəqəyə nəzarəti tam olaraq təmin edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2016 10:37 Asia/Baku
  • İraq ordusu Əlqiyarədə / Xalq ordunu sevinclə qarşıladı
    İraq ordusu Əlqiyarədə / Xalq ordunu sevinclə qarşıladı

Əlqiyarə məntəqəsinin İŞİD terrorçularından azad edilməsindən sonra İraq ordusu o cümlədən anti-terror qüvvələri məntəqəyə nəzarəti tam olaraq təmin edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Əlqiyarə şəhərinin İŞİD-in işğalından azad edilməsindən sonra ordu qüvvələri şəhər əhalisi tərəfindən sevinclə qarşılanıb. Ordu şəhərdə terrorçulardan qalan bombalar və minaları təmizləməklə məşğuldur. 

İraq ordusu və digər qüvvələr çərşənbə axşamı zirehli qüvvələrin dəstəyi ilə qərb istiqamətindən Əlqiyarə şəhərinə daxil olmuşdu. Mosulun cənubunda yerləşən Əlqiyarə şəhəri uğrunda gedən döyüşlər nəhayət şəhərinin terrorçulardan tam şəkildə azad edilməsi ilə nəticələndir. 

Əlqiyarə Neynəva əyalətinin ən iri məntəqəsidir. Neft ehtiyatlarına malik olmasına görə böyük əhəmiyyət daşıyır. Həmçinin, Əlqiyarə Mosula açılan qapı rolunu oynayır. 

İraq ordusu və digər qüvvələr Mosul şəhərinin azad edilməsi əməliyyatına hazırlaşırlar.