Bəhreyndə cümə namazının qılınmasına maneəçilik yaradılıb
Bəhreyn şiələrinin lideri bu ölkədə cümə namazının qılınmasına maneçilik törətməyi münkir (inkar edən) elan edib.
Miratul-Bəhreyn xəbər portalının məlumatına görə, Şeyx İsa Qasim çərşənbə axşamı günü bir bəyanat verərək Bəhreyndə Ali-Xəlifə rejiminin cümə namazının qılınmasına qadağa tətbiq etməsini pisləyib.
Bu bəyanatda Bəhreyn rəsmiləri cümə namazının qılınmasına tətbiq olunan qadağanı ləğv etməyə çağırılıb.
Bəhreyn rəsmiləri bu ölkə şiələrinin lideri Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etdikdən sonra ötən iki ay ərzində əl-Duraz məntəqəsində İmam Sadiq məscidində cümə namazının qılınmasını qadağan ediblər.
Əl-Duraz məntəqəsi əhalisi də ötən iki ayda Şeyx İsa Qasimin mənzili ətrafında piket keçirərək Ali-Xəlifə rejimi qüvvələrinin şiələrin liderinə hörmətsizlik etməsinə mane olublar.