Terrorçuların Hələbdə kimyəvi silahdan istifadə etməsi təsdiq edildi
-
Terrorçuların Hələbdə kimyəvi silahdan istifadə etməsi
Beynəlxalq Faktaraşdırıcı Komitənin üzvləri Cenevrədə təşkil etdikləri mətbuat konfransında bildiriblər ki, son hesabatda terrorçuların Hələbin Şeyx Mahmud məhəlləsində kimyəvi silahlardan istifadə etmələri faktlarla təsdiq edilib.
Əl-Hədəs telekanalının verdiyi məlumata görə, Beynəlxalq Faktaraşdırıcı Komitənin üzvlərindən biri deyib: Kimyəvi silahlarla bağlı suallar verməkdə haqlısınız. Biz, müəyyən bir zaman kəsimində kimyəvi silahlardan istifadənin edilməsi barədə araşdırmalar aparmışıq. Bizim keçmiş hesabatlarımızda kimyəvi silahlardan istifadəyə işarə edilmişdi. Son hesabatda da görəcəksiniz ki, biz Şeyx Mahmud qəsəbəsində kimyəvi silahdan istifadənin edilməsini tutarlı dəlillər ilə sübut etmişik. Belə ki, aprel ayında bu məhəllədə kimyəvi silahdan istifadə nəticəsində xəsarət alaraq xəstəxanaya nəql edilən insanların xlor qazından zəhərləndiyi sübut edilib.