Ər-Ramusə azad olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233669-Ər_ramusə_azad_olundu
Bir həftə ağır döyüşlərdən sonra Hələbin cənubunda Ər-Ramusə azad olunub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2016 13:46 Asia/Baku
  • Ər-Ramusə azad olundu
    Ər-Ramusə azad olundu

Bir həftə ağır döyüşlərdən sonra Hələbin cənubunda Ər-Ramusə azad olunub.

Hələbin cənubunda Ər-Ramusənin geri alınması ilə ötən bir ay ərzində suriyalı terrorçular əldə etdikləri bütün nailiyyətləri itiriblər.

Hələb şəhərinin cənubunda Ər-Ramusə məhəlləsinin geri alınması ilə suriyalı terrorçuların nəzarətində olan digər məhəllələrin mühasirəsi daha da daralıb.

Suriya İnsan Haqları Gözətçisinin yayımladığı bəyanatın bir hissəsində bildirilib: Suriya müttəfiq qüvvələri bu həftənin əvvəlindən Suriya hökumət qüvvələrinə bu bölgənin azad olunmasında kömək etmək üçün gəlmişdilər.

Dövlət qüvvələrinn Hələbin cənubuna doğru irəliləyişi davam edir.