Suriyalılar siyasi bəhanələrlə Həcc mərasimindən məhrum olublar
-
Suriyalılar siyasi bəhanələrlə Həcc mərasimindən məhrum olublar
Səudiyyəli rəsmilər 5-ci il ardıcıl olaraq Suriya böhranı ilə əlaqədar siyasi bəhanələrlə suriyalıları Həcc mərasimindən məhrum ediblər.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, Suriya Həcc Ali Komitəsi şənbə günü bir bəyanat yayaraq səudiyyəlilərin 5-ci il ardıcıl olaraq Suriya müsəlmanlarının vacib Həcci yerinə yetirməsinin qarşısını almaqda məsuliyyətli adlandırıb və bildirib: Ərəbistanın Həcc Nazirliyi hələ də Suriya Vəqflər Nazirliyi ilə həccin xüsusi rəsmi anlaşmalarını imzalamaqdan çəkinir. Bu məsələ bu barədə adi meyarlara ziddir.
Bu bəyanatda bildirilir: Ərəbistanın Həcc Nazirliyi bütün dini və əxlaq meyarlarını tapdalayıb və suriyalıların vacib həcci yerinə yetirə biləcəyi lazımi tədbirləri dayandırıb.
Əl-Mustafa Dünya Birliyinin direktoru Şeyx Samir Übeyd də Təsnim Xəbər Agentliyi ilə müsahibədə Ərəbistanın Həcc mərasimi qarşısındakı siyasətləri barədə deyib: Ərəbistanın Suriya vətəndaşlarının vacib həcci yerinə yetirməsinin qarşısını alması ədalətsiz qərar və şəri qaydalara ziddir.