Sen 30, 2016 10:33 Asia/Baku
  • Mahmud Abbas və Şimon Peres
    Mahmud Abbas və Şimon Peres

Fələstin müqavimət qüvvələri Fələstin Özünüidarə Təşkilatının sədrinin sionist rejimin sabiq başçısı Şimon Peresin dəfn mərasimində iştirakını pisləyiblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Fələstin İslam Müqaviməti Hərəkatı Həmas və Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsi cümə axşamı günü ayrı-ayrılıqda bəyanatlar verərək Fələstin Özünüidarə Təşkilatının sədri Mahmud Abbasdan Qana cəlladı Şimon Peresin dəfn mərasimində iştirak etməməsini istəyiblər. 

Həmas hərəkatı Mahmud Abbasın bu hərəkətini sionist rejimlə əlaqələrin normallaşdırılması ardınca olan digər şəxslər və xain qruplara şərait yaratmaq adlandırıb.

Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsi də bildirib: Mahmud Abbas və hər bir fələstinli rəsminin bu mərasimdə iştirakı Fələstin xalqına ağır zərbə vuracaq. 

Mahmud Abbas bir müraciətdə sionist rejimin sabiq başçısı Şimon Peresin ölümündən təəssüfləndiyini bildirib və Peresi sülh tərəfdarı adlandırıb. 

Mahmud Abbasın bu müraciəti Fələstində irimiqyaslı reaksiyalara səbəb olub və minlərlə fələstinli ictimai şəbəkələrdə bu müraciəti "qaniçənə başsağlığı" adlandırıblar. 

Sionist rejimin sabiq başçısı Şimon Peres Fələstin xalqının intifazəsini repressiya etmək, yüz minlərlə fələstinlini didərgin salmaq və Qana qırğını kimi cinayətləri törədən tərəf olaraq tarixə düşmüşdür.

Teqlər