Okt 06, 2016 14:09 Asia/Baku
  • İsrail rejimi Zeytunə gəmisini müsadirə etdi
    İsrail rejimi Zeytunə gəmisini müsadirə etdi

İsrail rejimi Qəzzənin mühasirəsini yarmağa çalışan Zeytunə gəmisini müsadirə etdi.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İsrail hərbçiləri çərşənbə günü Qəzzənin mühasirəsini yarmaq istəyən Zeytunə gəmisini çərşənbə günü Qəzzə sahillərində müsadirə edib. 

Zeytunə gəmisində olan sülh fəalları İsrailin hərbi döyüş qayıqlarının bu gəmini ələ keçirmək üçün onlara tərəf hücum etdiyini bildirmişdilər. 

Anti-Mühasirə təşkilatları isə İsrailin Zeytunə gəmisinə hücum etməsindən öncə gəmi ilə əlaqələrinin kəsildiyini elan etmişdilər. 

Qəzzənin mühasirəsini yarmaq üzrə beynəlxalq komitənin sədri Zahir Biravi isə Zeytunə gəmisində olan sülh fəallarının vətəndaşı olduqları ölkələrdən istəyib ki, İsrailin bu gəmiyə təcavüz etməsi və Mavi Mərmərə gəmisində yaşanan hadisələrin təkrarlanmasının qarşısını alsınlar. 

Qəzzədəki İnformasiya Mərkəzinin sədri Səlamə Məruf da İsrail hərbçilərinin Zeytunə gəmisinə hücumunu pisləyib. 

S.Məruf həmçinin, Ərəb ölkələri və beynəlxalq təşkilatların Qəzzənin mühasirəsinin davam etməsi qarşısındakı passivliklərini qınayıb. 

Zeytunə gəmisi insan haqları və sülh fəalları olan bir qrup qadını Qəzzəyə aparırdı. 

Qəzzə 2006-cı ildən İsrailin mühasirəsindədir. 

Teqlər