Qaziantepdə İŞİD-in hücrə evlərinə basqın zamanı canlı bomba özünü partlatdı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i240167-qaziantepdə_İŞİd_in_hücrə_evlərinə_basqın_zamanı_canlı_bomba_özünü_partlatdı
Türkiyənin cənub-şərqində yerləşən Qaziantepdə İŞİD-in canlı bomba evlərinə basqını zamanı, canlı bomba özünü partlatdı, 3 polis həyatını itirdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2016 06:55 Asia/Baku
  • Qaziantepdə İŞİD
    Qaziantepdə İŞİD

Türkiyənin cənub-şərqində yerləşən Qaziantepdə İŞİD-in canlı bomba evlərinə basqını zamanı, canlı bomba özünü partlatdı, 3 polis həyatını itirdi.

İRNA-nın məlumatına görə, Türkiyə polisi Qaziantəpdə İŞİD-in canlı bomba evlərinə qarşı bir əməliyyat həyata keçirib. Əməliyyat sırasında canlı bomba özünü partladıb. Bu əməliyyat zamanı evdə olan bir başqa terrorçu yaralı olaraq ələ keçirilib. Partlayış nəticəsində 5-i polis, 4-ü Suriya vətəndaşı olmaqla 9 nəfər yaralanmışdır. 

Başqa bir məlumata görə, bazar günü Hakkari - Van şose yolu üzərindəki yoxlama buraxılış məntəqəsində baş verən partlayışda bir Türkiyə hərbçisinin öldüyü bildirilir. Partlayışın PKK ünsürləri tərəfindən törədildiyi bildirilir. Hadisənin detalları hələ açıqlanmayıb.