Mosulun azad edilməsi əməliyyatı davam edir
İraq polis qüvvələrinin komandanı bildirib: Bu qüvvələrin Diclə çayının şərq sahilindən Mosula doğru irəliləyişi davam edir.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın təhlükəsizlik qüvvələrinin hərbi əməliyyatları yerli əhalinin canını mühafizə prinsipinə riayət əsasında Təl-Osqof bölgəsinin 4 kəndində davam etməkdədir.
Əl-İttica telekanalının verdiyi məlumata görə, İraq qüvvələri bu ölkə bayrağını Mosulun cənubunda Hümam Əl-Əlil bölgəsində dövlət binaları üzərinə sancıblar və Əl-Həuz bölgəsinin kəndlərini tam nəzarətə alaraq Əl-Qəyarə bölgəsinin neft yataqlarında təhlükəsizliyi təmin ediblər.
Əl-Aləm telekanalı isə bildirib ki, İraq Federal Polisinin komandanı Mosulun cənubunda Əl-Həud bölgəsinin sakinlərinin İŞİD terrorçularına qarşı qiyamından eləcə də Mosul sakinlərinin terrorçuların gizləndikləri məkanları ifşa edərək İraqın təhlükəsizlik qüvvələri ilə əməkdaşlığından xəbər verib.
FransPress-in verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatı Mosulun azad edilməsi əməliyyatının misli görünməmiş insani böhrana gətirib çıxaracağından, qış ərəfəsində yüz minlərlə mülkinin didərgin düşməsindən nigarandır.
İraqın baş naziri Heydər Əl-İbadinin başlanmasını elan etdiyi Mosulu azad etmə əməliyyatında məqsəd 2014-cü ildən İŞİD-in nəzarətində olan, bu terrorçu qrupun İraqdakı ən əsas bazası hesab olunan İraqın ikinci ən iri şəhəri Mosulu azad etməkdir,