BBC: 900 mindən çox sakin Mosuldan qaçıb
Okt 19, 2016 17:35 Asia/Baku
Birləşmiş Millətlər Təşkilatının didərginlər agentliyi Mosuldan 900 mindən çox sakinin qaçdığını bildirib.
BBC telekanalının verdiyi məlumata görə,bu ilk dəfədir ki, bir rəsmi qurum Mosul əməliyyatından sonra yerli əhalinin öz şəhərindən didərgin düşməsini təsdiqləyir.
İnformasiya qaynaqları bildirirlər ki, İŞİD terrorçuları mülki əhalinin Mosulu tərk etməsinə mane olur və onlardan sipər kimi istifadə edirlər. Mosulun azad edilməsi əməliyyatı üçüncü günə keçdi. Peyk vasitəsi ilə çəkilən videolardan aydın olur ki, İŞİD terrorçuları iraqlı qüvvələrin irəliləyişinin sürətini almaq və quru əməliyyatlarını əngəlləmək üçün Mosula əsas giriş marşrutlarını neft tökərək yandırır.