Mosul mühasirədə
İraqın müştərək qüvvələri İŞİD terror qruplaşmasını Mosulun bütün hərbi istiqamətlərindən mühasirəyə alıblar.
Əl-İraqiyyə televiziyasının məlumatına görə, "Qadimun Ya Neynəva (Ey Neynəva! Biz gəlirik) adlı əməliyyat 17-ci günündə olduğu bir halda, İraq müştərək qüvvələri Mosul şəhərinin mərkəzinə doğru irəliləməkdədir və İŞİD terror qruplaşması bütün toqquşma istiqamətlərində dağılmışdır.
Dəclə çayının şərq istiqamətində İraq ordusuna bağlı Terrorizmlə Mübarizə İdarəsinin qüvvələri əl-Qadisiyyə, əl-Səmah şəhərciyi, əl-Kəramə və əl-Zəhbi şəhərciklərinə doğru irəliləməkdədir.
Bu arada İraqın media şəbəkəsinə bağlı Mosul televiziyası binası da azad olunub. Bu qüvvələr hazırda Mosul şəhərinin mərkəzindən 3 kilometrdən az məsafədə yerləşiblər. Şimal istiqamətindən də 16-cı diviziyanın qüvvələri əl-Şəlalat bölgəsini azad etdikdən sonra Ət-Təhrir və Əz-Zəhur şəhərciyinə doğru irəliləyirlər və hazırda Mosul şəhərinin mərkəzi ilə 2 kilometr məsafələri vardır.