Noy 09, 2016 11:18 Asia/Baku
  • Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan
    Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ana müxalifət partiyasından onu təhqir etdiyinə görə şikayət edib.

İRİB-nin verdiyi məlumata görə, Türkiyənin cümhuriyyət Xalq Partiyası(CHP) partiyanın sədri Kamal Qılıçdaroğlunun da iştirakı ilə bazar ertəsi günü keçirdiyi iclasdan sora bildirmişdi ki, Türkiyə 15 iyul uğursuz dövlət çevrilişindən sonra prezident sarayında təşkilatlandırılan qaranlıq istibdad çevrilişindən keçməkdədir. 

CHP həmin bəyanatda bildirmişdi ki, Rəcəb Təyyib Ərdoğan ölkədə mediya və müxaliflərə qarşı istibdad çevrilişi həyata keçirməkdədir. 

Ərdoğanın vəkili dünən CHP-nin parlamentdəki bütün deputatları o cümlədən Kamal Qılıçdaroğluna qarşı şikayət ünvanlayıb. 

K.Qılıçdaroğlu uğursuz dövlət çevrilişindən sonra Ərdoğanı müdafiə etmişdi.  Ərdoğan da o zaman onu çürük diktator adlandıran Qılıçdaroğluna qarşı şikayətini geri almışdı.

Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş da həbsxanadan etdiyi müraciətdə bildirib ki, mədəni çevriliş çərçivəsində girov götürülüb. 

15 iyul uğursuz dövlət çevrilişindən sonra Türkiyə rəhbərləri ordu, polis, məhkəmə sistemi, müxalifət, sənətkarlar və yazarlar içərisində geniş həbslərə başladılar. 

Teqlər