Fələstinlilər Qüdsdə azanın verilməsi qadağasını pisləyiblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246371-fələstinlilər_qüdsdə_azanın_verilməsi_qadağasını_pisləyiblər
Həmas təşkilatının tərəfdarı olan yüzlərlə fələstinli Qəzzə zolağının şimalında Qüds məscidlərindən azanın verilməsinin qarşısının alınması üzrə rasist qanuna etiraz edərək, aksiya keçirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2016 07:48 Asia/Baku
  • Fələstinlilər Qüdsdə azanın verilməsi qadağasını pisləyiblər
    Fələstinlilər Qüdsdə azanın verilməsi qadağasını pisləyiblər

Həmas təşkilatının tərəfdarı olan yüzlərlə fələstinli Qəzzə zolağının şimalında Qüds məscidlərindən azanın verilməsinin qarşısının alınması üzrə rasist qanuna etiraz edərək, aksiya keçirib.

IRIB-nin məlumatına görə, fələstinlilər dünən cümə namazından sonra Qəzzədəki Cibaliya düşərgəsində keçirilən bu aksiyada sionist rejimə qarşı şüarlar veriblər.

Sionist rejimin nazirlər kabineti noyabrın 13-də Qüds məscidlərindən azanın verilməsinin qarşısının alınması üzrə rasist qanunla razı oldğunu bildirdi ki, bu hərəkət fələstinli qrupların geniş reaksiyası ilə üzləşdi.

Digər tərəfdən, sionist hərbçilər dünən Qəzzə zolağındakı Əlbric düşərgəsinə qarşı hücumda 26 yaşlı fələstinli gənci şəhid etməkdən əlavə, üç fələstinlini də yaralayıblar.