İŞİD başçıları Mosuldan Suriyaya qaçırlar
İraqın Neynəva Vilayət Şurasının Təhlükəsizlik Komitəsinin sədri bildirib ki, İŞİD-in əsas başçısı Əbu Bəkr Əlbəğdadi İraqın xalq qüvvələri tərəfindən aradan çıxma yollarının bağlanması qorxusundan bu qrupun digər başçısı ilə yanaşı Mosuldan Suriyaya qaçıb.
Mehr xəbər agentliyinin məlumatına görə, İraqın Neynəva Vilayət Şurasının Təhlükəsizlik Komitəsinin sədri Muhəmməd Əlbəyati bu gün bildirib ki, İŞİD ünsürləri Mosulun qərb mehvərində müqavimət və İraqın xalq qüvvələri ilə qarşılaşmağa qadir deyillər və Suriyaya qaçmaq və ya bu ölkədən Mosula daxil olmaq niyyətində olan İŞİD ünsürlərinin bir qrupu öldürülübdür.
İraqın xalq səfərbər qüvvələri komandanının birinci müavini Əbu Mehdi Əlmuhəndis də Əlaləm telekanalı ilə müsahibədə deyib: Tələfər şəhərinin terrorçulardan tam şəkildə təmizlənməsindən sonra tezliklə iraqlı didərginlər bu şəhər geri dönəcəklər.
Əbu Mehdi Əlmuhəndis İraqın xalq səfərbər qüvvələri, ordusu, federal polisi və kürd peşmərgə qüvvələrinin həmkarlığı haqda deyib: İraqın xalq səfərbər qüvvələrinin Mosulun azad edilməsi əməliyyatında digər iraqlı qüvvələrlə həmkarlığı sabitdir və bu əməliyyatın başlanmasından bəri bütün bu qruplar bir-birilərinin kənarında olub və Mosul əməliyyatını yaxşı təşkil ediblər.
Mosulun azad edilməsi əməliyyatı oktyabrın 17-dən başlanıb və İraqın xalq səfərbər qüvvələri, ordusu, federal polisi və kürd peşmərgə qüvvələri bir-birilərinin kənarında diqqəlayiq uğurlar qazanıblar.