İŞİD Mosuldan qaçır
Mosulun azad edilməsi əməliyyatının komandanı deyib ki, terrorçu İŞİD qrupu yaxşı vəziyyətə malik deyil və iraqlı qüvvələr tərəfindən özünə qarşı mühasirə halqasının daha da daralmasından sonra qərbi ada məntəqəsinə qaçmağa başlayıb.
Təsnim xəbər agentliyinin məlumatına görə, Mosulun azad edilməsi əməliyyatının komandanı Nəcm Əlcəburi dünən "Russiya Əlyəum" ilə müsahibədə əlavə edib: İŞİD Mosuldan qaçmağa başlayıb, zira bilir ki, yerdə qalan yeganə keçid də onların üzünə bağlanacaqdır.
Mosulun azad edilməsi əməliyyatının komandanı bildirib ki, İŞİD həmişə öz nicatı üçün ailələrdən insan sipərləri kimi istifadə edir. O, deyib ki, terrorçu İŞİD qrupu bu yolla mühasirəni qırmağa və qərbə doğru qaçmağa çalışır.
Əlcəburi terrorçuların qarışmış vəziyyəti və vuruşmağı davam etdirməyə aciz qalmalarından xəbər verib.
O, vurğulayıb ki, Mosulun azad edilməsi cari ildə reallaşacaqdır.
İraqın baş naziri Heydər Əlibadi oktyabrın 17-də Mosulun azad edilməsi əməliyyatının başlanmasından xəbər verdi.
İraqlı qüvvələr, o sıradan ordu, federal polis, xalq və peşmərgə qüvvələri Mosulun azad edilməsi əməliyyatının başlanmasından bəri yüzlərlə kvadrat kilometr ərazini və onlarla kəndi İŞİD terrorçularının caynağından azad ediblər.