Noy 30, 2016 12:18 Asia/Baku
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda etdiyi çıxışında deyib: Avropa Parlamentinin qərarına görə incidik, amma hələ Avropa Birliyinə qoşulmaq dosyasını bağlamamışıq, ona görə ki, bəlkə bu birlik verdiyi vədləri yerinə yetirdi.

Ərdoğan deyib: Bəziləri bizi aldatmaq istəyirlər, amma bilməlidirlər ki, Türkiyə adi və zəif bir ölkə deyil, bizim geniş imkanlarımız var , Avropa ölkələri Türkiyənin malik olduğu potensiallar və imkanlarından xəbərləri olduğundan ötən 50 ildə bizim AB-yə qoşulmamız məsələsində ciddi olmayıblar. 

Ərdoğan Suriya böhranı nəticəsində 600 min insanın həlak olması barədə yayılan məlumatlara münasibətdə isə bur rəqəmin doğru olmadığını və ölənlərin sayının bir milyona çatdığını deyib. 

Ərdoğan bildirib: Dünya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının beş daimi üzvündən daha böyükdür və dünyaya hakim kəsilən mövcud sistem ədalətli deyil. Ona görə ki, dünyanın taleyi 5 ölkənin ixtiyarına verib. Dünyada bir milyard 700 milyon müsəlman var, bizim BMT-də ədalətli iştirakımız varmı?

Teqlər