Mosulda içməli su problemi
İraqın Mosul şəhərində İŞİD terrorçularına qarşı müharibə ilə yanaşı BMT bu şəhərdə içməli su çatışmazlığının faciəli nəticələri barədə xəbərdarlıq edib.
France Press-in məlumatına görə, BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru Liz Qrand deyib: Mosul şəhərində təxminən 500 min sivil içməli su çatışmazlığından əziyyət çəkir.
BMT-nin İraqda humanitar məsələlər üzrə koordinatoru İraq vətəndaşlarının içməli sudan məhrum olduğuna görə gündəlik güc tampaq üzrə problemlərinə toxunub və deyib: Bu məhrumluq İraq uşaqları, qadınları və ailələri üçün faciəli nəticələrə səbəb olacaq.
İŞİD terror qruplaşmasından Neynəva vilayətində Mosul şəhərinin azad olunması əməliyyatı 17 sentyabrdan başlanıb.
İraqın ikinci ən böyük şəhəri olan Mosul şəhəri 2014-cü il iyun ayından İŞİD terror qruplaşmasının işğalındadır.