Ərdoğan Rusiya, Çin və İranla yerli valyutalarla ticarətin edilməsini istəyib
Dek 05, 2016 11:38 Asia/Baku
-
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkənin baş naziri Binalı Yıldırımın Rusiyaya səfərindən öncə deyib: Biz Rusiya, Çin və İranla yerli valyutalarla ticarətin edilməsinə tərəf gedirik.
Türkiyə prezidenti məsələyə belə aydınlıq gətirib: Əgər biz bu ölkələrdən bir şey satın alsaq, onların pullarından istifadə edəcəyik. Əgər onlar bizdən bir şey satın alarlarsa, onlar bizim pulumuzdan istifadə edəcəklər.
O, əlavə edib: Bu təkliflə bağlı tövsiyələr mərkəzi banka verilib və bu barədə Moskva, Pekin və Tehranla müzakirələr gedir. Ərdoğan Kayseri şəhərindəki çıxışında bir daha Türkiyə xalqını "öz balışları altında" saxladıqları avro, dollar və digər xarici valyutaları Türkiyə lirəsinə çevirməyə çağırıb.