Hələbin şərq məhəllələrində sürətli irəliləyiş davam edir
-
Hələbin şərq məhəllələrində sürətli irəliləyiş davam edir
Suriya ordusunun müharibə təbliğatı qərargahı bildirib ki, bu ölkənin silahlı bölmələrinin Hələbin şərq məhəllərində sürətli irəliləyişi davam edir.
Ordu Hələbin şərq məhəllərinin ərazisindən 58%-ni ələ keçirib və bu məntəqənin təkcə 17 kvadrat kilometri silahlı qrupların nəzarətində qalmaqda davam edir.
Suriya ordusunun təyyarələri vərəqələr yayaraq, yaraqlılardan istəyiblər ki, öz silahlarını yerə qoysunlar.
Hələbə qarşı hava hücumları davam etməkdədir və Rusiya, Türkiyə və silahlı qruplar arasında Anakarada gedən danışıqlar nəticəsiz olubdur. Hələb döyüşü hərbi meydanda tam şəkildə Suriya ordusunun xeyrinə qurtarmazdan öncə siyasi səhnədə təsirli olubdur. Ankara müzakirələri silahlı qrupların daha çox təcrid olunmalarına səbəb olub və Türkiyə bu qrupları öz başlarına buraxıbdır.
Hələbdəki silahlıların silahlarını yerə qoymaqdan və "yaşıl avtobuslar"a minərək, İdlibə getməkdən savayı çarələri yoxdur.