Ərdoğan: Rusiya, İran və Çinlə anlaşdıq
-
Ərdoğan: Rusiya, İran və Çinlə anlaşdıq
Ərdoğan: Rusiya, İran və Çinlə dollar yerinə milli valyutalardan istifadə üzrə anlaşdıq.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: Güclü infrastrukturlarımız vardır və qarşılaşdığımız çətin sınaqların hamısından uğurla keçdik.
Ərdoğan əlavə edib: Türkiyə əleyhinə iqtisadi həmlə ilk dəfə baş verən hadisə deyildir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada etdiyi çıxışında deyib: Türkiyə xalqı milli valyutanın gücləndirilməsi məqsədilə xarici valyutaların lirəyə çevrilməsi üzrə dəvətimizə müsbət cavab verdi və bu addım uğurlu idi. Biz Çin,İran və Rusiya ilə bu ölkələrlə ticarətdə dollar yerinə öz valyutalarından istifadə üzrə anlaşmışıq.
Ərdoğan deyib: Digər terror qrupları ilə heç bir fərqi olmayan PKK terror qruplaşması ilə mübarizəni davam etdiririk. Avropa paytaxtlarında milyardlarla pul yığılır və terror qruplara verilir. Biz bütün terror qrupları ilə mübarizə aparacağıq.
Ərdoğan əlavə edib: Avropa terrorçuların sığınacağıdır. Biz onların adlarını əks etdirən siyahını Avropa dövlətlərinə göndərməyimizə baxmayaraq, terrorçular Avropa paytaxtlarında sərbəst şəkildə gəzirlər. Türkiyənin çoxlu imkanları vardır və bizi problemlə üzləşdirmək istəyən hər bir tərəf məğlub və naümid olacaq.