Əl-İbadi: İraq müharibəsinin sonu Mosulda olacaq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i250316-Əl_İbadi_İraq_müharibəsinin_sonu_mosulda_olacaq
İraqın baş naziri və İraq silahlı qüvvələrinin ali baş komandanı İraqda müharibənin və İŞİD terrorizmi üzərində qələbənin ölkənin şimalına yerləşən Mosulda yekunlaşacağını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2016 09:46 Asia/Baku
  • Əl-İbadi: İraq müharibəsinin sonu Mosulda olacaq
    Əl-İbadi: İraq müharibəsinin sonu Mosulda olacaq

İraqın baş naziri və İraq silahlı qüvvələrinin ali baş komandanı İraqda müharibənin və İŞİD terrorizmi üzərində qələbənin ölkənin şimalına yerləşən Mosulda yekunlaşacağını deyib.

İRNA-nın məlumatına görə, Heydər Əl-İbadi şənbə günü axşam saatlarında Danimarkanın baş naziri Lars Luka Rasmusen ilə Bağdadda baş tutan görüşünün ardınca deyib: İraq indi terrorçular üzərində qələbə çalmaq üçün elə bir müharibəyə daxil olub ki, onun sonu Mosulda olacaq. 

Əl-İbadi iraqlı qüvvələrin terrorçular ilə savaşda əldə etdikləri uğurlara işarə edərək, bir çox ərazini terrorçulardan təmizləyən bu qüvvələrin İraq vətəndaşlarının dəstəyi ilə terrorizmi məhv etməyə qadir olduğunu deyib.