Misirdə 3 gün matəm elan olunub
Misirin prezidenti Qahirədə ortodoks kilsəsində baş verən terror aktına görə ölkədə 3 gün matəm elan edib.
İRNA-nın verdiyi məlumata görə, Misir prezidenti Əbdül-Fəttah Əssisi bu gün bir bəyanat yayaraq Qahirədə Sent Mark kilsəsində törədilən terror aktını pisləyib və bu hadisəyə görə ölkədə 3 günlük matəm elan edib.
Bəyanatda deyilir: Terrorizm qibtilər və müsəlmanlar daxil bütün ölkəni hədəfə alıb, amma bu kimi terror aktları hökumətin terrorizm ilə mübarizədəki əzmkarlığına xələl gətirə bilməyəcək.
Bu gün səhər çağı Qahirədə qibtilərin kilsəsində bir bomba partladıldı və nəticədə onlarla adam öldü və yaralandı.
Hələlik kimsə bu hücumun məsuliyyətini öz üzərinə götürməyib.
Bu hadisə son günlər ərzində ikinci terror aktıdır.
Cümə günündə də Qahirənin yaxınlığında yerləşən Əccizə şəhərində törədilən terror aktında 6 polis əməkdaşı həlak olmuşdu.