Dek 17, 2016 10:31 Asia/Baku
  • İranın Suriya xalqına olan 75 tonluq humanitar yardım yükü təhvil verilib

İran İslam Respublikasının Yardım və Nicat Təşkilatının sədri İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımlar və dərmanlardan ibarət 75 tonluq yükünün Suriya hökumətinə təhvil verilməsindən xəbər verib.

IRIB-nin məlumatına görə, Morteza Səlimi dünən deyib: Bu yardım yükü 400 ədəd yardım çadırı, 4 min ədəd adyal və 30 ton düyüyə şamil olur.

Bu yardım yükü ilə yanaşı beş ton dərmanın da Hələbə göndərildiyinə toxunan Səlimi əlavə edib: Bu yük göndərilməsindəki sürətə görə və Suriyada aparılmış koordinasiyalara əsasən, Suriya hökumətinə təhvil verilİibdir.

İran İslam Respublikasının Yardım və Nicat Təşkilatının sədri belə qeyd edib: Lazımi koordinasiyaların aparılacağı təqdirdə digər yüklər də Suriyaya göndərilməyə hazırdır.

Çərşənbə günü İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin Suriya prezidenti Bəşşar Əsədlə telefon söhbətinin və İranın Qırmızı Aypara Cəmiyyətinin dünya ictimaiyyətini məzlum Suriya xalqına yardım göstərməyə çağırmasının ardınca İranın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımlardan ibarət ilk yardım yükü cümə axşamı günü Suriya hökumətinə təhvil verilİibdir.

Teqlər