İŞİD Mosulu xarabalığa çevirib
İŞİD terror qrupu Mosulda iki il kobud və cinayətkarcasına hərəkətlər etdikdən sonra bu məntəqəni xarabalığa çeviribdir.
Press TV-nin məlumatına görə, İŞİD-in Mosulda rəhmsizcəsinə və kobudcasına iştirakı və iraqlı qüvvələrin bu məntəqəni azad etmək üzrə əməliyyatı Mosulun başlıca hissələrinin xarabalığa çevrilməsinə səbəb olubdur.
Mosulun bir çox infrastrukturu məhv edilib və bu şəhər sakinlərinin yaşayışı üçün çox cüzi imkanlar mövcuddur. Bununla belə, bir qrup Mosul sakini müharibənin və çətin şəraitin olmasına rəğmən, hələ də öz evində qalıbdır.
Mosul sakini olan bir qoca kişi deyib: Biz çox şadıq ki, bizim məhəlləmiz İŞİD-in caynağından azad edilib. Əlbəttə, bizim həyat şəraitimiz çox çətindir, çünki hələ su və işığımız yoxdur. Yuyunmaq üçün belə, suyumuz yoxdur. Şəhərin küçə və prospektləri zibil və tullantılarla doludur. Biz burada qalmaqda davam edirik və ərzaq məhsullarımız qurtaranda şəhərdən kənara gedir və mümkün olan hər bir şeyi əldə edirik.
Mosulun şərq məntəqələrinin sakinlərindən biri Press TV-nin müxbirinə deyib: Əhali acdır və biz kəskin ərzaq çatışmazlığı ilə üzləşirik, amma çox şadıq ki, bu məntəqələr azad edilib və hazırda bizim yaşayımız kənardan əldə etdiyimiz yardımlara son dərəcə ehtiyaclıdır.
Mosul sakinlərinin həyatının başlıca hissəsi İŞİD-in İraqın şimalı və qərbindəki bəzi hissələri işğal etdiyi 2014-cü ildən dayanıbdır. O zamandan bəri bu şəhərdəki xəstəxanalar, məktəblər və iş-güclər tətil olub və bu məntəqələrin sakinlərindən bir çoxu yenidən həyata başlamaq üçün heç bir imkana malik deyildir.