Dek 28, 2016 10:32 Asia/Baku
  • Şeyx Əli Salman
    Şeyx Əli Salman

Bəhreyn Milli Əl-Vifaq İslam Cəmiyyətinin həbsdə olan baş katibi deyib ki, Bəhreynin demokratiya və azadlığa nail olmasınadək dinc mübarizəni davam etdirəcək

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Şeyx Əli Salman dünən həbsinin 2-ci ilində ailəsi ilə telefon əlaqəsi saxlayaraq deyib ki, o Bəhreyn xalqının müqaviməti və mübarizələrinin nəhayət qələbə ilə nəticələnəcəyindən əmindir. 

Şeyx Əli Salman Bəhreyn xalqının azadlıq, demokratiya, insan haqlarına hörmət və ölkənin siyasi böhranının həlli kimi tələblərinə dəstək verən bütün şəxs və qruplara öz təşəkkürünü bildirib. 

Bəhreyn Milli Əl-Vifaq İslam Cəmiyyəti bu ölkənin ən böyük siyasi müxalifətidir, ancaq Ali-Xəlifə rejimi bu cəmiyyəti buraxıb və onun baş katibini həbs edib. 

Şeyx Əli Salman  gücdən istifadə edilməsi yolu ilə rejimin dəyişdirilməsinə çağırışda ittiham edilir. 

Şeyx Əli Salman 2015-ci il iyul ayında 4 il müddətində azadlıqdan məhrum edildi, sonra bu hökmün müddəti 9 ilə uzadıldı və apelyasiya məhkəməsində son hökm təsdiqləndi. 

Bəhreyn xalqı 2011-ci il fevral ayından başlayaraq təxminən hər gün aksiya keçirərək Ali-Xəlifə rejiminin dəyişməsi və siyasi məhbusların azad edilməsini tələb edir. Bəhreyndə etirazlar indiyədək 10 nəfərin ölümü və minlərlə adamın yaralanması ilə nəticələnib. 

Teqlər