Sionist hərbçilər onlarla fələstinlini yaralayıblar
-
Sionist hərbçilər onlarla fələstinlini yaralayıblar
Sionist hərbçilər dünən fələstinlilərin İordan çayının qərb sahilinin müxtəlif məntəqələrində keçirdikləri həftəlik dinc aksiyanı yatırıblar ki, bu zaman bir qrup fələstinli yaralanıbdır.
IRNA-nın məlumatına görə, bu dinc aksiyada sionist hərbçilər atəş açıb və gözyaşardıcı qaz buraxıblar ki, bu zaman onlarla fələstinli boğuntu halına düşübdür.
Sionistlər habelə bir qrup fələstinlini də bu aksiyanı yatırarkən həbs ediblər.
Fələstinlilər bu dinc aksiyada sionist rejimin cinayətləri və fələstinli ərazilərdə sionist qəsəbə salmaların davam etməsini pisləyiblər.
Belə bir halda, Bələyn kəndinin sakinləri olan fələstinlilər də aksiya keçirərək, işğal olunmuş Fələstin ərazilərində ayırıcı irqçi divarın çəkilişi və sionist qəsəbə salmaların davam etməsini pisləyiblər.
Sionist rejim sionist qəsəbə salma siyasətlərinin davamında cümə axşamı günü işğal olunmuş Qüds şəhərində yerləşən Şəəfat və Bəyt Hənina kəndlərindəki fələstinli ərazilərini sionistlər üçün 690 mənzil tikmək məqsədilə dağıdıbdır.
Bu hərəkət elə bir halda edilibdir ki, BMT Təhlükəsizlik Şurası son zamanlar bir qətnamə qəbul edərək, sionist rejimin fələstinli ərazilərdə sionist qəsəbə salma fəaliyyətlərinin dayandırılmasını istəyibdir.