Yan 04, 2017 16:49 Asia/Baku
  • Heydər əl-İbadi
    Heydər əl-İbadi

İraq baş naziri deyib: İraq, Rusiya, Suriya və İran arasında hamının xeyrinə olan terrorizmlə mübarizə sahəsində əməkdaşlıq davam edir və biz bütün region ölkələrini ona qoşulmağa dəvət edirik.

İRNA-nın məlumatına görə, Heydər əl-İbadi Livanın əl-Əxbar qəzetinə verdiyi müsahibədə bildirib: İraq, Rusiya, İran və Suriya arasında region xalqları və dövlətləri üçün birbaşa təhdid olan terrorizmlə qarşılaşmanın vacibliyinə dair koordinasiya vardır.

İraq baş naziri Mosulun terrorçuların işğalından azad edilməsi haqda deyib: Hal-hazırda İraq vilayətlərinin bir neçəsi terrorçulardan azad olunub və İŞİD-çilər bu vilayətlərdən qovulub. Hazırda İraq qüvvələri Mosulda İŞİD terror qruplaşması ilə döyüşür və onun üçdə ikisini azad ediblər.

İraq baş naziri əlavə edib: Bizim bütün səyimiz İraqın şəhərləri və ərazisinin azad olunması, İraq, Suriya və regionun terrorizmin şərrindən xilas olmasıdır.

Teqlər