Terrorçular suyu Dəməşq əhalisinin üzünə bağlayıblar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254584-terrorçular_suyu_dəməşq_əhalisinin_üzünə_bağlayıblar
Terrorçular artıq 13 gündür ki, Dəməşq əhalisini susuz buraxıbalr.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2017 08:18 Asia/Baku
  • Terrorçular suyu Dəməşq əhalisinin üzünə bağlayıblar
    Terrorçular suyu Dəməşq əhalisinin üzünə bağlayıblar

Terrorçular artıq 13 gündür ki, Dəməşq əhalisini susuz buraxıbalr.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Ən-Nüsrə Cəbhəsi terror qruplaşması Dəməşq şəhərinə verilən içməli suyun kəsilməsinin məsuliyyətini öz üzərinə götürüb. 

Terrorçu qruplaşmalar Dəməşq sakinlərini içməli su ilə təmin edən su borularını kəsməklə yanaşı, suyun qaynağını dizel yanacağı ilə çirkləndirirlər. Həmçinin, suyun istiqamətini də Bərda çayına doğru dəyişiblər. Bununla da Dəməşq əhalisini susuz qoyublar. 

BMT isə 4 milyon insanın susuz buraxılması və içməli su şəbəkəsinin bilərəkdən məhv edilməsinə reaksiya olaraq sadəcə bir bəyanat yaymaqla kifayətlənib.