Həzrət Yunis(ə)-ın dağıdılmış məqbərəsi İŞİD-in caynağından çıxarılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256615-həzrət_yunis(ə)_ın_dağıdılmış_məqbərəsi_İŞİd_in_caynağından_çıxarılıb
İraqın xüsusi təyinatlı anti-terror qüvvələrinin sözçüsü Səbah Əlniman bildirib ki, bu ölkə qüvvələri Həzrət Yunis(ə)-ın məqbərəsinin yerləşdiyi məntəqəni azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2017 09:58 Asia/Baku
  • Həzrət Yunis(ə)-ın dağıdılmış məqbərəsi İŞİD-in caynağından çıxarılıb

İraqın xüsusi təyinatlı anti-terror qüvvələrinin sözçüsü Səbah Əlniman bildirib ki, bu ölkə qüvvələri Həzrət Yunis(ə)-ın məqbərəsinin yerləşdiyi məntəqəni azad ediblər.

IRNA-nın məlumatına görə, 2014-cü ilin iyulunda İŞİD terrorçuları Mosulun işğalından bir neçə həftə sonra Həzrət Yunis(ə)-ın məqbərəsini dinamitlə dağıtdılar ki, İŞİD-in bu vəhşicəsinə hərəkəti bütün dünyada hiddət və nifrət dalğasına səbəb oldu.

Mosulda qədim bir kilsənin ərazisində tikilmiş Həzrət Yunis(ə)-ın məqbərəsi müsəlmanlardan əlavə, yəhudilər və xristianlar tərəfindən də hörmətlə qarşılanır.

İraqlı qüvvələr həmçinin Mosulun azad edilməsi əməliyyatının davamında bu şəhərin şimalındakı Əlhədbaa məntəqəsində İŞİD-in pilotsuz təyyarəqayırma emalatxanasını aşkarlayıblar.