Dəməşqin içməli suyunun təmini
-
Dəməşqin içməli suyunun təmini
Vadi Bərəda məntəqəsinin tam şəkildə azad edilməsi Dəməşqin içməli suyunun təmin etməkdən əlavə, Suriya paytaxtının ətrafında təhlükəsiz məntəqələrini də artırdı.
Əlməyadin telekanalı xəbər verir: Əlfiycə bulağı ilə bağlı təsisatlar Suriya ordusunun nəzarətinə keçdi və bombalar və mərmilərin zərərsizləşdirilməsi bir neçə saat uzandı və ondan sonra son dərəcə zərər çəkmiş bu təsisatların təmiri işi başlandı. Suriyanın elektrik və su təşkilatı bu ölkə paytaxtında suyun yenidən qoşulması üçün səfər olunubdur.
Suriyanın su ehtiyatları naziri Nəbil Əlhəsən Əlməyadin-ə deyib: Bu bulağın bütün təsisatları sistematik surətdə zərər çəkib. Bu üzdən, qısa müddət ərzində Dəməşqin suyunu qoşa bilmərik. Amma sutkalıq səyimizi davam etdirəcəyik. Fəhlələr bu bulağın müxtəlif təsisatlarının beş bölməsində fəaliyyət göstərirlər.
Hərbi əməliyyat olmadan Əlfiycə bulağında təhlükəsizliyin təmini mümkünsüz idi. Xüsusən ona görə ki, Cibhətunnusrə-nin silahlı üzvləri bu bulağa aid təsisatlarda yerləşmişdilər. Suriya ordusunun mühafizə qüvvələrindən bir bölmə avtomobillərin keçməsi üçün dağ yolunu hazırladı. Xüsusi təyinatlı qüvvələr bu təsisatlardakı silahlı şəxslərə hücum etdilər və sonda onun nəzarətini ələ aldılar.
Suriya ordusunun döyüş komandirlərindən biri Əlməyadin-ə deyib: Bu bulağın təsisatlarında partlayış tələlərindən istifadə olunmuşdu və hər bir səhv onların partlamasına bais olacaqdı. Biz dörd qrupa bölündük və bu təsisatlardakı silahlı şəxslərlə döyüşdük. Çoxlu sayda silahlı şəxs öldürüldü və çoxlu miqdarda silah aşkarlandı.
Silahlı şəxslərin Suriya ordusunun bu əməliyyatından şoka düşmələri bais oldu ki, onlar barışıq razılaşmasının icrasını qəbul etsinlər. Yüzlərlə silahlı şəxs öz silahını təhvil verərək, ümümi amnistiyaya şamil olur və barışığı qəbul etməyə hazır olmayan şəxslər də öz ailələrilə yanaşı, İdlib vilayətinə köçürülürlər.