Fev 03, 2017 21:02 Asia/Baku
  • Məscidül-Əqsa sionist qəsəbə sakinlərinin hücumlarının hədəfində
    Məscidül-Əqsa sionist qəsəbə sakinlərinin hücumlarının hədəfində

Fələstin mediyaları 370 dən çox qəsəbə sakininin son bir həftə ərzində Məscidül-Əqsaya hücumundan xəbər verib.

Qüds xəbər agentliyinin verdiyi məlumata görə, yanvarın 29-dan Fevralın 2-dək 373 qəsəbə sakini İsrailin kəşfiyyat və daxili təhlükəsizlik təşkilatı ŞABAK-ın dəstəyi ilə Məscidül-Əqsaya hücum ediblər və bu məscidə hörmətsizlik ediblər. 

Cümə və şənbə istisna olmaqla Gündəlik hücumlarda qəsəbə sakinləri Babül-Müğaribə istiqamətindən daxil olur və Babül-Silsilədən çıxırlar. 

Yanvar ayında sionist şəhərcik sakinlərinin məscidül-Əqsaya 1715 dəfə hücum etdikləri qeydə alınıb. 

Bu müqəddəs məkan onun islami və xristian mahiyyətinin məhv edilməsi və sionistləşdirilməsi məqsədi ilə sionist hərbçilər və şəhərcik sakinlərinin tez-tez hücumunun şahidi olur. Sionistlərin Məscidül-Əqsaya qarşı son hərəkətləri Qüds intifazəsinin formalaşmasına səbəb olub.  

Teqlər