Fev 05, 2017 20:56 Asia/Baku
  • Tələbələr Mosul Universitetini bərpa edirlər
    Tələbələr Mosul Universitetini bərpa edirlər

İŞİD terrorçuları Mosulun 50 illik universitetinə rəhm etməmişlər, üstəlik bu şəhərin 200 illik kitabxanasını da öz cahillik odunda yandırıblar. Amma bu universitetin tələbələri bu təhsil ocağının bərpası və yeni təhsil ilinin başlanması üçün qollarını çırmalayıblar.

Mosulun şərqində əl-Əysər hissəsinin azad edilməsi ilə elm və bilik və məlumatlandırmaya qarşı İŞİD-in cinayətlərinin üstü açılıb. Mosul Universiteti onun bir nümunəsidir. Bu vəziyyətə düşən bu universitetin 22 institutu vardır və Bağdaddan sonra İraqın ikinci etibarlı universiteti hesab olunur.

Universitet müəllimi Məhəmməd Hüsam əl-Hüseyni deyib: Mosul Universiteti çoxlu sayda elmi və siyasi şəxsləri məzun etmişdir. Terrorçular məqsədlərinin sadəcə islam ixtilaflarını qızışdırmaq olmadığını sübuta yetirdilər. Əksinə məqsədləri elm və biliyi məhv etmək və ölkəni əcnəbilərdən asılı etməkdir.

İraqın Ali Təhsil Nazirliyi bildirir ki, İŞİD universitetin içində olan 200 yüz illik Mosul kitabxanasını yandırmaqla kifayətlənməyib, üstəlik universitetin 70%-dən çoxunu da bombalayıb və dağıdıb.

Mosullu tələbə deyib: Bu universitetdə tələbələrin yenidən təbəssümünü görməyi ümid edirik. Onlar fəxrlə öz təhsillərini davam etdirəcək və ölkənin quruculuğunda iştirak edəcəklər.

İki il təhsildən məhrum olan mosullu tələbələr indi universitetin bərpasının ilkin işlərinə başlamışlar. Belə ki, onu 2017-2018-ci təhsil ili üçün hazırlasınlar.

Mosul Universiteti 50 il öncə yəni 1967-ci ildə təsis olunub. Və onun önəmli institutları da siyasət elmləri, tibb və arxeologiyadır.

 

Teqlər