Fev 15, 2017 18:17 Asia/Baku
  • Sionistlər əl-Əqsa məscidinə basqın ediblər

Yüzlərlə sionist qəsəbə sakini sionist rejim hərbçilərinin dəstəyiilə əl-Əqsa məscidinə basqın edib və fələstinlilərin namaz qılmaq üçün məscidə daxil olmasına mane olublar.

Əl-Aləm televiziyasının məlumatına görə, sionist buldozerlər də Beytül-Müqəddəsin şimalında əl-İsaviyyə qəsəbəsində fələstinlilərə aid bir neçə mənzili viran ediblər. Onlarla fələstinli ailə də öz evlərinin dağıdılması ilə bağlı xəbərdarlıq alıb.

Əl-İsaviyyə qəsəbəsində nəzarət komitəsinin sədri Məhəmməd Əbu əl-Homs deyib: Qüdsü işğal etmiş rejimin meriyası bildirişləri payladıqdan sonra bir mənzili dağıdıb və ailəni zorla və döyərək evdən çıxarıb.

Sionistlər Beytül-Müqəddəsin ətrafında sement bloklar düzərək və təhlükəsizlik bəhanəsi ilə Beytül-Müqəddəs əhalisinin şəhərin mərkəzinə girişinə mane olub və yavaş-yavaş onları bu şəhərdən çıxarmaqdadır.

Əl-İsaviyyə qəsəbəsində nəzarət komitəsinin sədri bildirib: Qüdsü işğal etmiş rejimin məqsədi Fələstinin əhali tərkibini məhv etməkdir. Bu səbəb sionistlərin bu müqəddəs şəhəri ələ keçirməsi qarşısında ən böyük maneədir.

Teqlər