Fev 19, 2017 19:54 Asia/Baku
  • İraqlı qüvvələr irəliləyir

Mosulun tam şəkildə azad olunmasının geri sayımı bu gün səhər İraq baş nazirinin fərmanı ilə başlanıb. İraqın Xalq Səfərbər Qüvvələri elə əməliyyatın başlanğıcında Mosulun qərbində yerləşən əl-Ərbid bölgəsinə daxil olublar və İŞİD-in bu bölgədəki istehkamını məhv ediblər. Hazırda üç istiqamətdə ağır döyüşlər gedir. İraqın Hərbi Hava Qüvvələri ötən gün milyonlarla elan ataraq Mosul sakinlərinə İraq qüvvələrini qarşılamaq üçün hazır olmalarını bildiriblər.

İraq baş nazirinin fərmanı ilə Neynəva vilayətinin mərkəzi olan Mosulun qərb hissəsi bölgələrinin azad olunmasına başlanıb. Və İraq təyyarələri ilk addımda Mosulun əl-Əymən hissəsinin səmasından milyonlarla elanı atıblar. Əməliyyatın bu etapında şimaldan İraq ordusu və terrorizmlə mübarizə qüvvələri, cənub və qərbdən polis qüvvələri və xalq səfərbər qüvvələri Mosulun mərkəzi və onun ətrafındakı bölgələrə doğru hücuma keçiblər. İraq qırıcıları da İŞİD-in məhv edilməsində əsaslı rola malik olublar.

Polis zabiti leytenant Əhməd Məən deyib: Mosulda yerləşən İŞİD-çilərlə Suriya İŞİD-çiləri arasında tədarük yollarının kəsilməsi iş gündəmimizdədir. Birlik polisinin bir hissəsi də bu gün səhərdən Mosulun cənubunda əl-Qızlaniyyə bazasına hücum edib.

Bu əməliyyatın əsas geniş hissəsi Xalq Səfərbər Qüvvələrinin istiqamətidir. Belə ki, Mosulun mərkəzinin azad edilməsində iştirak etməkdən əlavə, Tələfər, əl-Bəac və Qeyruvan şəhərlərini azad etməyi də öz gündəmlərində saxlayırlar.

Xalq Səfərbər Qüvvələrinin bir zabiti deyib: Tezliklə Tələfərə girəcəyik. Artıq bu dəfə İŞİD-in son nəfəslərini kəsəcəyik.  

Hərbi komandanların dediyinə görə, bu dəfə məqsəd təkcə Mosulun azadlığı deyil, İraqın Suriya ilə sərhədinə nəzarəti ələ keçirmək bu əməliyyatın məqsədləri sırasına daxildir.

Bizim durduğumuz bu məkandan Suriya sərhədinə qədər təxminən 65 kilometr məsafə vardır. İraq hökuməti bu sərhəd zolağının təhlükəsizliyini Könüllü Xalq Qüvvələrinə tapşırıb.

 

Teqlər