Əl-İbadi: İŞİD-i İraq sərhədlərindən kənarda da təqib edəcəyik
İraqın baş naziri deyib: İraqın sərhədlərindən kənarda da İŞİD terrorçularını təqib edəcəyik, İraq olmasaydı İŞİD Fars körfəzi ölkələrinə də gedib çatacaqdı.
Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi bu gün Bağdadda özünün həftəlik brifinqində etdiyi çıxışında deyib: İraqın güclü quru qoşunları var və ölkənin quru sərhədlərinin təhlükəsizliyini təmin edir, güclü hava qüvvələri var ki, düşmənlərə hücum edir.
Əl-İbadi deyib: İraq öz xalqı və xalqının birliyi ilə güclüdür və region ölkələrini də birləşdirməyə səy göstərir.
İraqın baş naziri İŞİD-in İraqda məhv olmaqda olduğunu bildirərək deyib: Terrorçu İŞİD qrupunun qayıtmasının qarşısını almaq məqsədi ilə regionda müharibə və toqquşmaların durdurulması üçün ölkələr əməkdaşlıq etməlidirlər.